Azedu.az

Ayda Günəş sistemindəki ən böyük krater aşkar edilib

Maraqlı

17 Sentyabr 2026, 09:07
Ayda Günəş sistemindəki ən böyük krater aşkar edilib

Amerika kosmik agentliyi NASA Ayda Günəş sistemindəki ən böyük yeni krateri aşkar edib.

AzEdu.az xəbər verir ki, bu barədə "Science Advances" elmi jurnalında məlumat yayılıb.

Krater 2025-ci ildə "Lunar Reconnaissance Orbiter" planetlərarası stansiyasının köməyi ilə tapılıb.

Nəşrdə qeyd olunur ki, bu, Günəş sistemində aşkar edilmiş müasir zərbə kraterlərinin ən böyüyüdür; mövcud modellərə görə, belə hadisələr 132 ildə bir dəfə baş verir.

NASA 2024-cü ilin yazında Yerin peykinin səthinə 3-6 mərtəbəli bina böyüklüyündə asteroid və ya kometa çırpıldığını bildirib. Kraterin diametri 222 metr, dərinliyi isə təxminən 42 metr təşkil edir.

Krater alim Tomas MakGetçinin şərəfinə "McGetchin" adlandırılıb.

Ukrayna ordusu sərhədi keçdi: Putin xalqa kritik ÇAĞIRIŞ ETDİ
Son xəbərlərDaha çox