Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-12 15:06:00
İbtidai sinif müəllimləri və şagirdləri üçün beyin fırtınası yaradacaq  sınaq toplusu nəşr EDİLDİ

 

Həm  ibtidai  sinif  müəllimləri, həm  də  4-cü  sinif  şagirdlərinin (riyaziyyat bölümündən)  yararlana  biləcəyi, Azərbaycan  dili  və Riyaziyyat  bölmələrindən  ibarət  olan  sınaq  toplusu  nəşr  edilib.

 

AzEdu.az  xəbər  verir  ki,  Dövlət İmtahan  Mərkəzinin  proqramı  əsasında  hazırlanmış, dəyişiklik  edilmiş  qaydalar  testlərdə  öz  əksini  tapmışdır.

 

İbtidai  sinif  müəllimlərini  nəzərə alaraq, MİQ  imtahanında  sualların  qarışıq  şəkildə  təqdim  olunmasını  əsas götürərək  vəsaitdə  sualların  mövzu  üzrə  deyil, məntiqi cəhətdən qarışıq sualların olması  nəzərdə  tutulmuşdur. Bu müəllim və şagirdlərdə  beyin  fırtınası  yaradacaq, imtahanda  qısa  müddət  ərzində daha  çox  testi cavablandırmağınız üçün  vərdiş  formalaşdıracaq. Sınaq  toplusu  kitabçası  MİQ  imtahanı müsabiqəsinin  sualları  əsasında  hazırlanmışdır (5-9- cu sinif  proqramını əhatə edir). Eyni  zamanda  2020-ci  il  MİQ  imtahanında  mətnə  dair  sualların düşdüyünü  nəzərə  alaraq, mətn  üzərində  iş (nümunə olaraq)  də  verilmişdir. Suallar  asan, çətin  və  orta  tipli  olaraq  bölünüb. Testlərdən  əlavə, müəllimləri  nəzərə alaraq, bir  sıra dəyişikliyə  uğramış, işə qəbulda müəllimlərdə çaşqınlıq yaradan qaydalar da sınaq  toplusuna  əlavə  edilib.

 

Sınaq toplusunda bədii ədəbiyyata inteqrasiya edərək müxtəlif şairlərin şeirləri üzərində dil qaydalarını tədbiq  edilib.Bunu etməkdə əsas məqsəd testlərdə yoruculuğu, eyniləşməni aradan qaldırmaq, müəllim və şagirdlərdə daha yüksək motivasiya  yaratmaqdır.