https://www.zirve.edu.az/ #
2021-05-08 13:02:00
12 mindən çox bakalavr ərizəsini təsdiqlədib

Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün ərizələrin qəbulu aprelin 30-dan başlayıb və mayın 8-i saat 23:59-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, mayın 8-i saat 11:00-a olan məlumata əsasən, 12 min 762 bakalavr (Azərbaycan bölməsi - 11765; rus bölməsi - 997) ərizəsini təsdiq edib.

2021-ci ilin fevral ayında keçirilmiş qəbul imtahanında iştirak etmək üçün sənəd verən bakalavrlar imtahanın ikinci cəhdində iştirak etmək istədikləri təqdirdə “Şəxsi kabinet”lərinin hesabına imtahanda iştirak haqqını əlavə edib Mərkəzin internet saytının müvafiq səhifəsinə daxil olmaqla qeydiyyatdan keçirlər.

İlk imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməyən bakalavrlar da bu imtahana yazıla bilərlər. Həmin şəxslər Mərkəzin internet saytına daxil olaraq “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği müvafiq hesaba əlavə edirlər. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə DİM-in internet səhifəsində tanış olmaq mümkündür. Bu bakalavrlar da Mərkəzin müvafiq səhifəsinə daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər. Ərizəsini təsdiq etmiş bakalavrlar imtahana qeydiyyatdan keçmiş hesab olunurlar.
İmtahan mayın 26-da keçiriləcək (respublikamızda sanitar-epidemioloji vəziyyətdən asılı olaraq imtahanın vaxtı dəyişdirilə bilər).

Qəbul imtahanında sualların cavablandırılmasına 3 saat vaxt ayrılır.