Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-27 15:42:00
Aqrar sığorta eksperti olmaq istəyənlər üçün test imtahanının I mərhələsində 12 nəfər uğur qazandı

Dövlət İmtahan Mərkəzi tərəfindən fevralın 27-də aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının I mərhələsi keçirilib.

 

İmtahan DİM-in Nəsimi rayonu, A.Salamzadə, 28 ünvanında yerləşən inzibati binasında elektron qaydada kompüterlər vasitəsilə keçirilib. İmtahan saat 10:00-da başlayıb və 3 saat davam edib.

 

Mərkəzdən AzEdu.az-a verilən məlumata görə, imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə nəticələrinə dair arayış təqdim olunub.

 

Qeydiyyatdan keçən 32 namizəddən 30 nəfər imtahanda iştirak edib. Onlardan 12 nəfər 72 və daha yüksək bal toplayaraq müvəffəqiyyət əldə edib.

 

İmtahanın I mərhələsi üzrə toplanması mümkün olan ümumi (maksimal) bal 120-dir. İmtahandan müvəffəqiyyətlə keçmiş namizədlər Aqrar Sığorta Fondu tərəfindən təşkil olunan təlimlərə cəlb olunurlar. Təlimlər bitdikdən sonra imtahanın ikinci mərhələsi keçirilir.

 

İmtahan nəticələri ilə bağlı Apelyasiya Komissiyası martın 1-2-də saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək.