Azedu.az

"Örnək müəllim"dən sertifikasiyadan yüksək NƏTİCƏ

Sertifikasiya

26 İyun 2026, 16:11
"Örnək müəllim"dən sertifikasiyadan yüksək NƏTİCƏ

"Sertifikasiya imtahanında 54 bal topladım və ixtisasım üzrə isə 100% nəticə göstərdim".

Bu sözləri AzEdu.az-a açıqlamasında Lənkəran şəhər A.Məhərrəmov adına 7 saylı tam orta məktəbin Fiziki tərbiyə müəllimi, "Örnək müəllim" Leyla Məmmədova qeyd edib.

O, bildirib ki, maksimum nəticə əldə edəcəyini gözləsə də nəticəsindən məmnundur:

"Bu il mənim üçün çox gərgin keçdi. Məktəbdə müəllimlik fəaliyyətimlə yanaşı, onlayn dərslər də keçirdim. Təlimçi-müəllim kimi 200-dən çox fiziki tərbiyə müəllimini sertifikasiya imtahanına hazırladım. Dərs keçdikcə mövzuları özüm də davamlı təkrar edir, biliklərimi yeniləyirdim.Sevindirici haldır ki, müdavimlərimizin də böyük əksəriyyəti yüksək nəticələr əldə etdilər. Bu, mənim üçün ən böyük qürur mənbəyidir.

Fiziki tərbiyə fənni üzrə 4 nəzəriyyə və test toplusu kitabının müəllifi olmağım və təxminən 8 illik təlimçilik təcrübəm sayəsində imtahandakı suallar mənə rahat və anlaşılan gəldi.İnanıram ki, hər bir müəllim öz ixtisasını dərindən bilməli, daim inkişaf etdirməli və bu bilikləri tədris prosesində uğurla tətbiq etməlidir".

Zelenski Krımı geri qaytarır - Ordusuna ƏMR VERDİ: Rusları çıxarın!
Son xəbərlərDaha çox