Azedu.az

Süni intellektli eynəklər imtahanlarda köçürmə riskini artırıb

Maraqlı

27 İyun 2026, 14:34
Süni intellektli eynəklər imtahanlarda köçürmə riskini artırıb

Asiyada imtahanlarda yeni nəsil köçürmə üsulları ciddi narahatlıq yaradıb.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, süni intellektlə təchiz olunmuş ağıllı eynəklərin sürətlə yayılması təhsil sistemlərini yeni təhlükə ilə üz-üzə qoyub.

Son aylarda Cənubi Koreya və Tayvanda keçirilən mühüm imtahanlarda tələbələrin bu texnologiyadan istifadə edərək köçürdüyü müəyyən edilib. Cənubi Koreyada işə qəbul üçün vacib sayılan bir ingilis dili imtahanında iki namizədin ağıllı eynəklərlə cavab aldığı aşkarlanıb. Tayvanda isə tibb fakültəsinə qəbul imtahanı zamanı bir tələbənin cihazının qeyri-adi qızması və şübhəli davranışları nəticəsində məsələ üzə çıxıb.

Hadisələrdən sonra hər iki ölkədə təhsil qurumları imtahan qaydalarını sərtləşdirməyə başlayıb. Çin isə milyonlarla tələbənin iştirak etdiyi universitet qəbul imtahanlarında bütün eynəklərin xüsusi yoxlamadan keçirilməsini məcburi edib. Böyük Britaniyada da oxşar texnologiyaların imtahan təhlükəsizliyini pozduğu barədə xəbərdarlıqlar edilir.

Mütəxəssislərin bildirdiyinə görə, bu cihazlar internetə qoşularaq süni intellekt sistemlərindən cavab alır və nəticələri birbaşa istifadəçinin görmə sahəsinə ötürür. Aparılan təcrübələrdə bu texnologiyanın istifadə olunduğu imtahan nəticələrinin yüksək göstəricilər əldə etdiyi də qeyd olunur.

Təhsil ekspertləri hesab edir ki, problemin həlli texnologiyanın qadağan olunması deyil, imtahan sistemlərinin yenilənməsidir. Onların fikrincə, gələcəkdə daha çox analitik düşünmə və problem həll etmə bacarıqlarını ölçən imtahan modellərinə keçid qaçılmazdır.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, süni intellektli geyilə bilən cihazların sürətlə inkişafı ənənəvi imtahan sistemlərini ciddi şəkildə sınağa çəkir və yaxın illərdə təhsil sahəsində böyük dəyişikliklər qaçılmaz ola bilər.

Zelenski Krımı geri qaytarır - Ordusuna ƏMR VERDİ: Rusları çıxarın!
Son xəbərlərDaha çox