Azedu.az

Lənkəran müəllimindən yüksək NƏTİCƏ - MİQ uğurunu sertifikasiyada da TƏKRARLADI

Sertifikasiya

27 İyun 2026, 11:32
Lənkəran müəllimindən yüksək NƏTİCƏ - MİQ uğurunu sertifikasiyada da TƏKRARLADI

Lənkəran şəhər Rasim Məmmədov adına 5 nömrəli tam orta ümumtəhsil məktəbinin tarix müəllimi Emilya Əliyeva təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində 55 bal toplayıb.

AzEdu.az-ın məlumatına görə, müəllim bildirib ki, uğurunun səbəbi sistemli çalışmaqla özünü inkişaf etdirməkdir.

Onun sözlərinə görə, ən böyük uğur, "Biz sizdən bunu gözləyirdik" sözlərini eşitməkdir:

"2025-ci ildə keçirilən MİQ imtahanında yüksək nəticə göstərərək Lənkəran regionu üzrə 1-ci yerə layiq görülmüşəm. Müəllimlərin sertifikasiya imtahanında isə 55 bal toplamışam. Ardıcıl iki il ərzində həm MİQ, həm də sertifikasiya imtahanlarında əldə etdiyim yüksək nəticələrlə Lənkəranın ən yüksək nəticə göstərən müəllimlərindən biri olmuşam.

Sertifikasiya prosesi müəllimlərin potensialını üzə çıxaran effektiv üsullardan biridir. Düşünürəm ki, öz üzərində çalışan və özünü daim inkişaf etdirən müəllim mütləq bu imtahanda uğurlu nəticə göstərəcək. Uğurumun səbəbini məndən soruşanda həm şagirdlərimə, həm də həmkarlarıma yalnız bir cavabım olur: Sistemli çalışmaqla özünü inkişaf etdirmək!

Şagirdlərimdən və ətrafımdan "Müəllim, biz sizdən elə yüksək nəticə gözləyirdik, heç təəccüblənmədik" cümlələrini eşidəndə bir daha özümlə qürur duydum".

Zelenski Krımı geri qaytarır - Ordusuna ƏMR VERDİ: Rusları çıxarın!
Son xəbərlərDaha çox