Azedu.az

Sertifikasiyada fərqlənən şəhid bacısı: “Bu nəticə mənə güc verdi”

Sertifikasiya

26 İyun 2026, 15:31
Sertifikasiyada fərqlənən şəhid bacısı: “Bu nəticə mənə güc verdi”

Dövlət ümumtəhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılması üzrə test imtahanı mərhələsi başa çatıb.

Sertifikasiyaya cəlb olunan müəllimlər arasından şəhid bacısı Simarə Mustafayeva yüksək nəticə əldə edib.

AzEdu.az-ın əldə etdiyi məlumata görə, o, 189-190 nömrəli tam orta məktəbdə İbtidai sinif müəllimi kimi fəaliyyət göstərir. 

S.Mustafayeva qeyd edib ki, yüksək bal toplamaq ona əlavə güc verib:

"Bu, mənim üçün yeni bir başlanğıc və zəhmətimin bəhrəsidir. Şəhid bacısı olaraq hər uğurumda qardaşımın əziz xatirəsini qürurla yaşadıram.

Bu nəticə mənə daha böyük hədəflərə doğru inamla addımlamaq üçün güc verir. Ruhun şad olsun, qəhrəmanım”.

Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi
Son xəbərlərDaha çox