Azedu.az

Ötən il Bakıda 72 şagird attestat ala bilməyib

Dövlət İmtahan Mərkəzi

19 İyun 2026, 14:38
Ötən il Bakıda 72 şagird attestat ala bilməyib

Ötən il Paytaxtda 33 272 şagird məzun olub.

AzEdu.az-ın 2025-ci ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialları “Abituriyent” jurnalının 12-ci nömrəli nəşrinə istinadla verdiyi məlumata görə, 2025-ci ildə Bakıda ümumtəhsil müəssisələrini 33 272 şagird bitirib, onlardan 33 188 nəfəri buraxılış imtahanında iştirak edib.

Məlumata əsasən, şəhər məzunlarının buraxılış imtahanında tədris dili fənni üzrə topladıqları orta bal 60.78, riyaziyyat üzrə 36.09, xarici dil üzrə 52.24, hər üç fənn üzrə birlikdə isə 149.12 olub, bu göstəricilər respublika üzrə orta nəticələrdən müvafiq olaraq 8.68%, 9.22%, 19.74% və 12.65% yüksək olub.

Buraxılış imtahanında tədris dili fənni üzrə məzunların 12.75%-i 30 və daha az, 46.78%-i 30–70 intervalında, 40.47%-i isə 70-dən çox bal toplayıb, riyaziyyat fənni üzrə bu göstəricilər müvafiq olaraq 54.73%, 28.34% və 16.93%, xarici dil fənni üzrə isə 29.60%, 37.46% və 32.94% olub.

Ümumilikdə 33 200 nəfər attestat alıb, onlardan 77.07%-i (25 587 nəfər) I-IV qruplar üzrə qəbul imtahanlarında iştirak edib, 94.39%-i (31 337 nəfər) isə buraxılış imtahanlarının nəticələri əsasında V qrupa daxil olan ixtisaslar üzrə müsabiqədə iştirak etmək üçün ərizə verib.

İran Ermənistanı hücumla HƏDƏLƏDİ - Nəticəsi sizin üçün ağır olacaq!
Son xəbərlərDaha çox