Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-14 15:06:00
DİM 2 növ elektron imtahan hazırlayıb – Məleykə Abbaszadə yeniliyi açıqladı

 

 

"DİM tərəfindən offlayn və onlayn imtahanlar keçirilir. Bu imtahanlar sınaq imtahanlarıdır". 

 

AzEdu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahanlarda fərqlənmiş nəzarətçi müəllimlər və imtahan rəhbərləri ilə onlayn görüşündə çıxışı zamanı bildirib. 

 

Onun sözlərinə görə, pandemiya dövründə bu, DİM-in şagirdlərə töhfəsi idi:

 

“100 mindən çox gənc elektron imtahanlarda iştirak edib. Real imtahanların hüquqi nəticəsi də olur, ali və orta ixtisas məktəblərinə qəbul olurlar, elektron imtahanlar isə öz-özünü yoxlamaq üçündür.

 

Elektron imtahanların hüquqi nəticəsinin olması üçün bir çox problemlər ortaya çıxarır.

 

DİM pandemiya şəraitində 2 platforma əsasında 2 növ elektron imtahan hazırlayıb. Elektron imtahan verən şagirdi ən azı 1 müəllim izləyir. Biz belə imtahanları tətbiq etməyə başlayırıq. Yeni nəzarətçi müəllimlər üçün təlimlərə başlayacağıq, onlar procter olmaq üçün təlimdən keçəcəklər. Pandemiya şəraitində imtahan nəticəsi vacib olan zaman kütləvi imtahanları keçirə bilmirik. Ola bilsin 1 il ərzində də müəyyən ictimai müəssisələrdə tədbirlər, məktəblərdə dərs keçmək mümkün olmasın. Həmin şəraitdə hüquqi nəticəsi olan real imtahanları keçirməyi nəzərdə tuturuq. Gələcəkdə nəzarətçi müəllimlər yalnız kağız daşıyıcı üzrə yox, həm də procter müəllim kimi iştirak edəcəklər və müəyyən təlimlərdən keçəcəklər”.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları