Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-14 14:41:00
DİM imtahan nəzarətçilərini yalnız bu halda qiymətləndirir – Şərtlər

 

 

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahanlarda fərqlənmiş nəzarətçi müəllimlər və imtahan rəhbərləri ilə onlayn görüşündə çıxışı zamanı  bir sıra vacib detalları vurğulayıb.

 

AzEdu.az xəbər verir ki, DİM sədrinin toxunduğu məsələlərdən biri də imtahan nəzarətçilərinin Fəxri fərmanla təltif olunmasının xüsusi şərtləridir.  

 

İmtahan nəzarətçiləri bu şərtlərə cavab versə, xüsusi Fəxri fərmanla təltif olunacaqlar:

 

-10 il mütəmadi imtahanda iştirak etmək;

 

-İmtahan otağında köçürmə hallarına yol verməməli; 

 

 -Qeyri-kafi qiymət almayan;

 

 -Ən azı 3 qəbul imtahanında iştirak etmək;

 

-Cəlb olunduğu bütün imtahanlarda iştirak etmək;

 

-Cari ildə imtahan rəhbərinin protokulunda “4” və “5” ilə qiymətləndirilənlər.

 

Bu il təşəkkür alan nəzarətçilər 80 rayon və şəhərdən seçilib. 38 müəllim bu il  xüsusi fəxri fəranla qiymətləndirilib.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları