https://www.zirve.edu.az/
2021-01-14 13:05:00
Sağlamlıq imkanları məhdud uşaqlardan Vətən Müharibəsinə həsr olunmuş videoçarx hazırlanıb - FOTO/VİDEO

Bakı şəhəri 268 nömrəli xüsusi məktəbin şagirdləri Vətən Müharibəsində qazanılmış böyük zəfərə həsr edilən maraqlı videoçarx hazırlayıblar.

 

BŞTİ-dən AzEdu.az-a verilən məlumata görə, videoçarxın hazırlanmasının əsas məqsədi şagirdlərin vətənpərvərlik tərbiyəsi işinin səmərəliliyini artırmaq, qüdrətli Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə diqqəti cəlb etmək, onları milli-mənəvi dəyərlərə hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etməkdən ibarətdir.

 

Ulu öndər Heydər Əliyev və Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin Qarabağ torpaqlarına dair dəyərli fikirləri ilə başlayan videoçarxda şagirdlər Vətən Müharibəsi zamanı işğaldan azad olunmuş torpaqlarımız, şəhidlər və qazilər haqqında fikirlərini səsləndirirlər. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə Vətən Müharibəsinin iştirakçılarına öz təşəkkürlərini bildirirlər.