Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-07 17:11:00
Xaricdəki tələbəmizdən təsirli müraciət:  ”Təhsilimi davam etdirməyə yardımçı olun”

 

 “Xahiş edirəm, təhsilimi davam etdirməyə kömək edin”

 

Bu çağırışı Azedu.az-a  Türkiyədə təhsil alan tələbəmiz Elnur Hüseynov deyib.

 

Elnur  İzmir Katip Çələbi Universitetinin Mekatronik mühəndisliyi ixtisası üzrə oxuyur. Təhsilin ilk günlərindən maddi sıxıntılarla üzləşən tələbəmizin durumu pandemiyada da daha da pisləşib:

 

“Çətinliklərlə, problemlərlə üzləşərək Türkiyəyə gəldim. Gəldiyim ildən (2015) bu yana maddi problemlər üzündən təhsil həyatım axsadı. Ailəmə kömək etmək üçün bir çox yerdə işlədim. 2020-ci ildə pandemiya başladıqdan sonra ailəmin maddi vəziyyəti pisləşdi və iş yerləri bağlandı. Pandemiyada  ödəyə bilmədiyimizə görə  ailəmin borcları, yaşadığım tələbə evinin kirayə və kommunal borcları yüksək rəqəmlərə çatdı.

 

 

“Ehtiyac ucbatından kompüterimi satdığıma görə dərslərə də qoşula bilmirəm”

 

 

İşlədiyim illər ərzində aşağı səviyyəli kompüterimi bir neçə ildə tədricən təkmilləşdirdim və orta səviyyəyə gətirdim. Borclar indi çox olduğundan, kompüterimi satmalı oldum və təcili borcların bir hissəsini ödədim. İndi bildiyiniz kimi, təhsil onlayn olaraq davam edir və modelləşdirmə proqramlarını öyrənmək planlarım var idi.

 

Həm təhsilim, həm də planlarım artıq kompüterimi satdığım üçün təxirə salınıb. Üstəlik, borclarımın çoxu hələ də qalır və ödənməsi üçün vaxt verilib.

 

 Təhsilimi davam etdirmək üçün mənə 4000 manat lazımdır.  Xahiş edirəm,təhsil həyatımı davam etdirməyə kömək edin. Yollayacağınız 1 manat belə üst-üst toplanaraq mənə kömək edəcəkdir.  Hər kəsə buna görə təşəkkür edirəm”

 

 Qeyd edək ki, tələbəmizə kömək etmək istəyənlər Kapital Bank hesabına  4169 7413 3021 6217 vəsait  göndərə bilər.