Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-26 13:29:00
Azərbaycan alimi ABŞ-da nəşr edilən kitabın bir hissəsini yazıb

AMEA-nın müxbir üzvü, professor  Musa Qasımlı ABŞ-ın  Cənubi  Karolina Universitetinin Sülh və Münaqişə Araşdırmaları Departamenti tərəfindən nəşr ediləın kitabın bir hissəsini yazıb.

 

AzEdu.az xəbər verir ki, bu yaxınlarda nəşr edilmiş və redaktorları professorlar Ə.Əskərov, S.Bruks və L.Çanturidze olan “The Post-Soviet Conflicts: The Thirty Years’ Crisis”  (Post sovet münaqişələri: otuz illik böhranlar” (Lexington Books, 2020. 398 pages. ISBN-10:1498596541. ISBN-13:978-1498596541)  kitabının  “Xəzər mübahisəsi” adlanan hissəsini (səh.243-259) məhz Musa Qasımlı yazıb.

                                                                                                                                                                 

Müəllif mötəbər arxiv mənbələri əsasında Xəzər dənizinin hüquqi statusu məsələsinin meydana çıxması, ümummilli lider Heydər Əliyev tərəfindən “Əsrin müqaviləsi”  imzalandıqdan sonra baş verən proseslər,  Xəzəryanı dövlətlərin mövqeləri, Xəzərdə münaqişə və b. məsələləri təhlil edib.

 

Kitabda Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin səbəbləri, gedişi və  nəticələri Cənubi Karolina Universitetinin professoru Ə.Əskərovun yazdığı “Dağlıq Qarabağ münaqişəsi: sovetlərin sonunun başlanğıcı” adlı hissəsində araşdırılıb.