Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-18 17:13:00
Gəncədə dağıntılar altından çıxarılan dəftər Azərbaycan uşaqlarının Qarabağ və Vətən sevgisini bir daha nümayiş etdirdi

Azərbaycan Prezidenti İlham Əliyevin hər çıxışında qərarlı mövqeyinin şahidi oluruq. Hazırki nöqtədə bu qərarlılığın daha da gücləndiyini görürük. Moskvada əldə olunan humanitar atəşkəs rejiminə məhəl qoymayan Ermənistanın hazırki hərəkətləri Azərbaycanı Dağlıq Qarabağın işğaldan azad edilməsi üçün hərbi əməliyyatları davam etdirmək məcburiyyətində qoyub.

 

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin təqaüddə olan polkovniki Ünal Atabay bildirib.

 

Hazırda Azərbaycanda xalqla ordunun birləşməsinə şahid olduqlarını deyən Ü.Atabay bildirib: “Bu birlik sadəcə cəbhə bölgəsində deyil, arxa cəbhədə də belədir. Bu cür güclü iradə və qərarlılıq döyüş bölgəsində mübarizə ruhunu daha da gücləndirir. Xalqın dəstəyini arxasında hiss edən ordunun əzmi də dəfələrlə artır. Erməniləri narahat edən də məhz budur. Onlar dinc əhaliyə hücum edərək bu birliyi pozmağa və xalqın iradəsini qırmağa çalışırlar. Lakin Azərbaycan Prezidentinin tutduğu mövqe bu iradənin daha da möhkəmlənməsinə təkan verir. Azərbaycan xalqının qəhrəmanlığı hamımıza məlumdur. Son Gəncə hadisəsində dağıntılar altından bir dəftər çıxarıldı. Məhz o dəftər Azərbaycan uşaqlarının yetişdirilmə tərzini, onların Qarabağ və Vətən sevgisini hamımıza bir daha nümayiş etdirdi. İndi Azərbaycanda özünə güvənən, gələcəyə inamla baxan bir nəsil yetişib”