https://www.zirve.edu.az/
17.10.2020 15:03
Məhəmməd Füzulinin ruhu doğma torpağına qovuşdu

Gəncə şəhərində dinc əhalinin, mülki şəxslərin yaşadığı binalarda növbəti böyük həcmli dağıntıların baş verməsi, qurbanların verilməsi Ermənistan dövlətinin təcavüzkar, qəsbkar və terrorçu, cinayətkar dövlət olduğunu bird aha bütün dünyaya təqdim edir.

 

Azərbaycan Ordusunun düşmən tərəfdə dinc əhaliyə atəş açmayaraq, yalnız döyüş meydanlarında qəsbkarlarla üz-üzə onlara layiq haqq-hesab kəsməsi Ali Baş Komandanımızın mövqeyi və Azərbaycan xalqının humanist simasının reallığıdır.

 

Bu günə qədər düşməndən geriyə alınmış torpaqlarımızla birlikdə Füzuli rayonunun işğaldan azad olunması Azərbaycan Ordusunun tarixi qələbəsidir. Füzuli rayon mərkəzinin və kəndlərinin düşməndən alınaraq xalqımıza qaytarılması Dağlıq Qarabağ uğrunda müharibənin taleyini həll edən mühüm hərbi-siyasi hadisədir.

 

Füzuli torpaqlarının azad olunması ilə məzarı Kərbəlada, ruhu Azərbaycanda-Qarabağda olan böyük Azərbaycan şairi Məhəmməd Füzulinin nigaran ruhu yenidən onun doğma torpağına qovuşdurulmuşdur.

 

Füzuli ətrafında ordumuzun fəth etdiyi yüksəkliklərdən artıq Şuşanın dağları aydın görünür.

 

Qəhrəman ordumuza eşq olsun! Qarabağ Azərbaycandır!

 

 

İsa Həbibbəyli,

AMEA-nın I vitse-prezidenti,

Milli Məclisin deputatı, akademik