Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-24 10:11:00
Bu jurnalistlərin övladları tələbə adını qazandılar- FOTOLAR  

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə qəbul  nəticələrini  açıqlayıb.

 

Ali təhsil müəssisələrinin müsabiqəsində 66 464 nəfər iştirak edib. Onlardan 42 731  nəfəri (o cümlədən 5 785 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 20 799  (o cümlədən 779 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 21 932 (o cümlədən 5 006 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

 

Universitetlərə qəbul olunan şəxslər arasında mətbuat nümayəndələrinin övladları da var.

 

AzEdu.az tələbə adını qazanan jurnalist övladlarını təqdim edir:

 

Modern.az saytının baş redaktoru Əfqan Qafarlının qızı Nurcan Qafarlı Azərbaycan Dövlət Pedoqoji Universitetinin Riyaziyyat və İnformatika müəllimliyi ixtisasına daxil olub:

 

 

Lent.az saytının redaktoru Səbinə Əvəzqızının oğlu Cavidan Məmmədli UNEC-ə qəbul olub:

 

 

İctimai Televiziyada "Carçıfilm" Yaradıcılıq Birliyinin direktor müavini Eldar İskəndərzadənin oğlu Rəşad İskəndərzadə UNEC-in Maliyə ixtisasına daxil olub:

 

 

 

 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətiinin mətbuat katibi Fizuli İsmayılovun oğlu Toğrul İsmayılov Azərbaycan Dillər Universitetinə qəbul olunub:

 

 

APA TV-nin redaktoru Cavid İsmayılın oğlu Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinə daxil olub:

 

 

Azəraqrartikinti ASC-nin mətbuat katibi Teymur Mahmudovun oğlu Rauf Mahmudov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Energetika mühəndisliyi ( dövlət sifarişli, tədris ingilis dilində) fakültəsinə qəbul olunub:

 

 

Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Elnur Kələntərlinin qızı Rübabə  Kələntərli Türkiyənin Özyegin Universitetinin Komputer Elmləri proqramı üzrə Mühəndislik fakültəsinə daxil olub:

 

 

Moderator.az İnformasiya Agentliyinin baş redaktoru Zülfüqar Hüseynzadənin övladı Hüseyn Hüseynzadə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub:

 

 

“Şərq”  qəzetinin  redaktoru Yusif Nəzərlinin qızı Türfə Nəzərli UNEC-ə daxil olaraq tələbə adını qazanıb:

 

 

 

“Yeni Müsavat” qəzetinin baş redaktoru Xalid Kazımlının oğlu  Nihad Kazımlı Xəzər Univeristetinin Psixologiya fakültəsinə qəbul olunub:

 

 

Jurnalistlər Zamin Hacı və Sevinc Telmanqızının qızı Selcan Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub:

 

 

 

Keçmiş jurnalist və tanınmış yazıçı Varis Yolçuyevin oğlu Cavad Yolçuyev UNEC-in İqtisadiyyat fakültəsinə daxil olaraq tələbə adına layiq görülüb:

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları