Azedu.az

Şad XƏBƏR: Bu abituriyentlər ali məktəblərə imtahansız qəbul olunacaq

Məktəblər

12 İyun 2018, 17:52
Şad XƏBƏR: Bu abituriyentlər ali məktəblərə imtahansız qəbul olunacaq

Azərbaycanda beynəlxalq fənn olimpiadalarının qalibləri ali təhsil müəssisələrinə imtahansız qəbul olunacaq.

AzEdu.az-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Təhsil haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb. 

Belə ki, qanuna təklif edilən dəyişikliyə əsasən, beynəlxalq fənn olimpiadalarının qalibləri istənilən ixtisaslar üzrə, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunacaqlar.

TƏCİLİ! Ölkədə kütləvi həbslər BAŞLADI: Bu məmurlar SAXLANILDILAR
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox