https://www.zirve.edu.az/
13.08.2020 18:34
UNEC-də əcnəbilərin sənəd qəbulu davam edir

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2020/2021-ci tədris ili üçün təhsilin bütün pillələri üzrə əcnəbilərin sənəd qəbulu davam edir.

UNEC-dən AzEdu.az-a bildirilib ki, universitetdə əcnəbi vətəndaşlar üçün bakalavr dərəcəsi üzrə 22 ixtisasa, magistratura dərəcəsi üzrə 56 və MBA proqramı üzrə 20 ixtisaslaşmaya, eləcə də doktoranturaya qəbul həyata keçirilir. Əcnəbilər üçün hazırlıq kursları da təşkil olunur.

Tələbələrin seçimindən asılı olaraq, tədris Azərbaycan, ingilis, türk və rus dillərində aparılır.

Əcnəbilərin sənəd qəbulu elektron formada həyata keçirilir. Qaydalara əsasən, əcnəbilər tədris pilləsi, ixtisas və tədris dili üzrə seçimini edərək, tələb olunan sənədləri elektron formada təqdim edirlər. Müvafiq tələblərə cavab verən namizədlər UNEC-də təhsil almaq hüququ qazanırlar.

Sənəd qəbulu avqustun 31-dək davam edəcək.

Ətraflı məlumatı: http://unec.edu.az/idareetme/international-students/ linkində əldə etmək mümkündür.