Azedu.az

Bu tələbələrin universitetlərə qəbuluna qadağa qoyuldu

Ali təhsil

4 Sentyabr 2026, 13:58
Bu tələbələrin universitetlərə qəbuluna qadağa qoyuldu

ABŞ-nin Florida ştatında sənədsiz miqrant tələbələrin dövlət universitetlərinə qəbuluna qadağa qoyulub.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, Florida Dövlət Universitetləri Sisteminə nəzarət edən Qubernatorlar Şurası qərarı sentyabrın 3-də yekdilliklə qəbul edib.

Qərara əsasən, ABŞ-də qanuni statusu olmayan şəxslər 2027-2028-ci tədris ilindən etibarən Floridadakı 12 dövlət universitetinə ilk dəfə qəbul ola bilməyəcəklər. Qayda artıq universitetlərdə təhsil alan tələbələrə şamil edilməyəcək.

Bu qərar Floridada ali təhsillə bağlı immiqrasiya statusuna əsaslanan məhdudiyyətlərin davamıdır. Ştatın Təhsil Şurası bundan əvvəl sənədsiz tələbələrin 28 dövlət kollecinə və böyüklər üçün təhsil proqramlarına qəbulunu da məhdudlaşdırıb.

 

SON DƏQİQƏ! Rusiya bombalanır - Dəhşətli partlayışlar
Son xəbərlərDaha çox