Azedu.az

İşəgötürənlər və universitetlərin əlaqələrini dərinləşdirməyə çalışırıq

Ali təhsil

7 Sentyabr 2026, 17:28
İşəgötürənlər və universitetlərin əlaqələrini dərinləşdirməyə çalışırıq

“Biz Azərbaycanda işəgötürənlər və universitetlər arasındakı əlaqələri dərinləşdirməyə çalışırıq”.

AzEdu.az xəbər verir ki, bunu Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sədri Ülkər Səttarova ADNSU-da “Bərpa olunan enerji” laboratoriyasının açılış mərasimində çıxışı zamanı bildirib. O bildirib ki, həmişə kadrların hazırlanması prosesində sənaye şirkətlərinin iştirakından danışılıb:

"Amma konkret olaraq nədən bəhs edildiyi aydın olmayıb. Bu layihədə isə biz bütün halqaların zəncirvari şəkildə öz yerinə oturduğunu görürük. Laboratoriyaların qurulması, metodik vəsaitlərin hazırlanması, təlimlərin keçirilməsi bunların hamısının bir zəncir şəklində formalaşması vacibdir".

Ü.Səttarova qeyd edib ki, Azərbaycanda belə nümunələr çox azdır:

"Bunun üzərində işləyirik. Biz innovasiyanın, sahibkarlığın və ali təhsil müəssisələrinin bir araya gəldiyini görəcəyik. Yaxın zamanda bununla bağlı xəbərlərimiz olacaq".

Ukraynadan dağıdıcı HÜCUM - Rusiya şəhərləri vurulur!
Son xəbərlərDaha çox