Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-29 10:36:00
Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Müəllimlərin kollektivlə, rəhbərliklə münasibətləri qanunlara əsaslandığı kimi, onların  valideyn və qanuni nümayəndələrlə münasibəti də etik davranış qaydalarına söykənir.

 

AzEdu.az xəbər verir ki, müəllimlərin etik davranış qaydaları Təhsil Nazirliyi tərəfindən 2014-ci ildə 600 nömrəli əmrlə təsdiq olunub.

 

Qaydalara görə, müəllim valideyn və qanuni nümayəndələrin hüquqlarını bilməli, mütəmadi olaraq onlara təhsilalanlarla bağlı tövsiyələr verməli, valideyn və uşaqlar arasında yaranan münaqişələrin həllində yardımçı olmalıdır

 

Müəllim tərəfindən valideynlərin qanunazidd hərəkətlərə sövq edilməsi yolverilməzdir.

 

Müəllim valideyn və digər qanuni nümayəndələrlə hörmətlə və nəzakətlə davranmalıdır.

 

Valideyn və qanuni nümayəndələrlə münasibətlər təhsilalanlarla münasibətlərə və onların nailiyyətlərinin qiymətləndirilməsinə təsir göstərməməlidir.

 

Valideyn və qanuni nümayəndələr tərəfindən könüllü və qanuni yollarla təhsil müəsissəsinə edilmiş yardım, müəllim - təhsilalan münasibətlərinə və nailiyyətlərin qiymətləndirilməsinə təsir göstərməməlidir.