Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-08 10:25:00
Kənd müəllimləri evdə maska tikərək pulsuz paylayır

Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzinin Operativ müəllim qərargahının üzvləri olan Cəlilabad rayonu Alar kənd 2 nömrəli tam orta məktəbin fizika müəllimləri Elçin və Ülkər Abbasovlar rəhbərlik etdikləri “Turan” skaut dəstəsinin üzvləri ilə birlikdə çox əhəmiyyətli işlər görürlər.

 

AzEdu.az xəbər verir ki, rayonun Günəşli kəndində yaşayan hər iki müəllim xüsusi karantin rejimi dövründə dövlət tərəfindən görülən tədbirlərə dəstək olaraq Azərbaycan Skautları Asossasiyasının başlatdığı kompaniyaya qoşularaq öz maddi imkanları hesabına evdə maskalar hazırlayıb, yaşadıqları və işlədikləri kəndlərdə paylayıblar.

 

Onlarla bərabər skaut dəstəsinin üzvləri olan şagirdləri də öz evlərində maskalar tikərək müəllimlərinə dəstək olublar. Abbasovlar ailəsi hər gün boş vaxtlarını maska tikərək dəyərləndirirlər.

 

Bu işdə onlara azyaşlı övladları da dəstək olurlar.

 

Qeyd edək ki, bu maskaların apteklərdə satılan digər maskalardan üstünlüyü istifadə etdikdən sonra dəfələrlə yuyulub, ütülənib yenidən istifadəyə yararlı olmasıdır.