Azedu.az

Respublika fənn olimpiadalarının yarımfinal turu keçirilib

Orta təhsil

24 Fevral 2020, 09:18
Respublika fənn olimpiadalarının yarımfinal turu keçirilib

Fevralın 23-də fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turu keçirilib.

AzEdu.az-ın məlumatına görə, Yarımfinal turu Bakı şəhərində 7, Naxçıvan Muxtar Respublikasında 1 və bölgələrdə 11 mərkəz olmaqla ümumilikdə 18 mərkəzdə təşkil edilib.

 Olimpiada Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, informatika, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə keçirilib.

 Qeyd edək ki, Respublika fənn olimpiadasının rayon (şəhər) mərhələsi yanvarın 12-də 33 mindən çox şagirdin iştirakı ilə keçirilib.

 Respublika fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə təşkil edilir.

Azərbaycanlı politoloq Ukraynadan canlıda - Son durum! Nə baş verir?
Son xəbərlərDaha çox