Azedu.az

Qazaxıstanlı tələbə: Xocalı soyqırımı insanlığa qarşı törədilən qanlı cinayətdir

Ali təhsil

23 Fevral 2020, 12:04
Qazaxıstanlı tələbə: Xocalı soyqırımı insanlığa qarşı törədilən qanlı cinayətdir

Azərbaycanın Xocalı şəhərində törədilən soyqırımı qəddarlığına və amansızlığına görə ən üzücü hadisələrdən biridir. Xocalı faciəsi insanlığa qarşı törədilən qanlı cinayətdir.

AzEdu.az məlumat verir ki, bu fikri AZƏRTAC-a müsahibəsində Qazaxıstanın Milli Avrasiya Universitetinin Beynəlxalq əlaqələr fakültəsinin tələbəsi Raxat Mayikenov söyləyib.

O vurğulayıb ki, 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində törədilən soyqırımında hədəf kimi dinc insanların, xüsusilə qadın və uşaqların seçilməsi insanın ürəyini sızladır. Belə cinayətlərin XXI əsrdə təkrarlanmasına yol verilməməlidir. Bunun üçün dövlətlər və xalqlar beynəlxalq hüququn normalarına, digər dövlətlərin beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünə hörmət etməlidir.

Bakıya qarşı ard-arda hücumlar - Türkiyə nə edəcək?
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox