https://www.zirve.edu.az/
10.01.2020 15:29
Finlandiyada oxumaq üçün əla şans – Əldən qaçırmayın
Çap et

 Finlandiya hökuməti təqaüdlü təhsil almaq istəyən əcnəbi tələbələr üçün sərfəli imkan yaradıb.

AzEdu.az xəbər verir ki, Finlandiya universitetlərində təqaüdlə təhsil almaq istəyənlər “Finland Government Scholarship 2020” (Finlandiya Hökümət Təqaüdü) proqramından yararlana bilərlər. Bu proqrama istənilən milliyyətə sahib olan şəxslərin müraciəti nəzərdə tutulub.  

Təqaüd proqramına bakalavr və magistratura səviyyəsində təhsil almaq istəyənlər müraciət edə bilərlər.

Təqaüd proqramına son müraciət tarixi 22 yanvar 2020-ci ildir.

“Finland Government Scholarship 2020” proqramı haqqında ətraflı məlumata sahib olmaq istəyənlər bu linkdən məlumat əldə edə bilərlər:

Qeyd edək ki, Finlandiya Ali Təhsil Təşkilatları 400-dən çox fərqli təhsil proqramı təklif edirlər.