Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-08 15:14:00
“Kitabi Dədəm Qorqud və onun türkmən səhra nüsxəsi” monoqrafiyası nəşr olunub

Azərbaycan Milli Elmlər Akademiyasının Elm Tarixi İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyevin “Kitabi Dədəm Qorqud və onun türkmən səhra nüsxəsi” monoqrafiyası nəşr edilib.

İnstitutdan AzEdu.az-a bildirilib ki, monoqrafiyada “Kitabi-Dədə Qorqud”un yeni tapılmış üçüncü əlyazması hesab edilən türkmən səhra nüsxəsi tədqiq olunub. Araşdırma türkmən səhra nüsxəsinin transliterasiyası və fotofaksimilesi, eyni zamanda, abidənin bütün nüsxələri haqqında yığcam məlumatları əhatə edir.

Kitabda, həmçinin tədqiqat obyekti olan nüsxənin əlyazması, ona dair qeyd, şərh və izahlar yer alıb.

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Elmi şurasının qərarı ilə çapa tövsiyə edilmiş monoqrafiyanın elmi məsləhətçisi BDU-nun professoru Zabil Bayramlıdır. Kitab tələbə, magistr, doktorant, dilçi və tarixçi mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulur.