Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-29 10:08:00
Doktoranturalar yaradılan elmi müəssisələrin siyahısında dəyişiklik edilib

Nazirlər Kabineti “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişiklik edib.

AzEdu.az-ın məlumatına görə, bu dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə doktoranturaların yaradılması ləğv edilib.

Artıq Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzində fəlsəfə doktoru üzrə kadrlar hazırlanmayacaq.

Yeni qərarla Gənclər və İdman Nazirliyi üzrə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında fəlsəfə doktoru və elmlər doktoru üzrə kadr hazırlığı aparılacaq.