Bu gün “Firidun bəy Köçərli” mükafatı Bakı şəhəri 144 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru İlahə Həmidovaya təqdim edilib.
AzEdu.az xəbər verir ki, İlahə Həmidova mükafata təhsil sahəsində təşəbbüskar yanaşması və ictimai aktivliyinə görə layiq görülüb.
Mükafat AzEdu.az Təhsil Portalının icraçı direktoru Elmin Nuri tərəfindən təqdim olunub.
Qeyd edək ki, "Firidun bəy Köçərli" adına mükafata bu il Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, “ADA” Universitetinin professoru Fariz İsmayılzadə, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Həmid Qasımov, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Hikmət Əlizadə, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin Media ilə iş sektorunun müdiri Billurə Hacızadə, DİM-in departament müdiri Natiq Əliyev, Qarabağ Universitetinin müəllimi Arzu Şükürova, Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri, Bakı şəhəri 144 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru İlahə Həmidova və Şamaxı rayonu Dağ Göylər kənd 2 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aysel Quliyeva layiq görülüblər.
