Azedu.az

Peşə təhsilində yeni kodlaşdırma sistemi tətbiq olunacaq

Peşə təhsili

13 İyul 2026, 16:00
Peşə təhsilində yeni kodlaşdırma sistemi tətbiq olunacaq

"Peşə təhsilində yeni kodlaşdırma sistemi tətbiq olunacaq - 243 ixtisas müəyyən edilib"

AzEdu.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin sektor müdiri Səbinə Babayeva “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nın yenilənməsi məqsədilə keçirilən görüşdə çıxışı zamanı səsləndirib.

“Hazırkı təsnifatda peşə təhsili üzrə 9 istiqamət, çoxsaylı ixtisas qruplaşmaları və 830-dan artıq ixtisas adı mövcuddur. Lakin bunların böyük hissəsi ixtisas qrupu kodlaşdırması üzərindən müəyyənləşdirilib, hər bir ixtisasın ayrıca kodu yoxdur. Son illərdə digər təhsil pillələrində, xüsusilə bakalavriat və magistratura səviyyələrində təsnifat Milli Kvalifikasiyalar Çərçivəsinin səviyyə deskriptorlarına uyğunlaşdırılıb və kodlaşdırma aparılır. Bakalavriat Milli Kvalifikasiyalar Çərçivəsi üzrə 6-cı səviyyəyə, magistratura isə 7-ci səviyyəyə uyğun gəlir.

İlk peşə təhsili 3-cü səviyyəni, texniki peşə təhsili 4-cü səviyyəni, yüksək texniki peşə təhsili isə 5-ci səviyyəni əhatə edir. Eyni zamanda 5-ci səviyyə orta ixtisas təhsili pilləsinə də aiddir. Yeni layihədə peşə istiqamətləri inteqrasiya olunaraq “ixtisas qrupları” adı altında təsnifləşdirilir. Hazırkı layihədə 5 ixtisas qrupunun müəyyən edilməsi təklif olunur. Bu qruplar ali və orta ixtisas təhsilindəki ixtisas qrupları ilə uyğunlaşdırılıb.

Onlardan 32-si ilk peşə, 172-si texniki peşə, 39-u isə yüksək texniki peşə səviyyəsi üzrə təklif olunub.

Layihədə ixtisas qrupları Mədəniyyət, İqtisadiyyat və idarəetmə, Texniki və texnoloji ixtisaslar, Kənd təsərrüfatı, eləcə də Səhiyyə, idman və xidmət ixtisasları qrupları olaraq müəyyənləşdirilib. Qrupların adlandırılması ilə bağlı aidiyyəti qurumlardan təkliflər daxil olub və bu məsələ hazırda müzakirəyə açıqdır".

Prezidentdən Rusiya barədə gözlənilməz çıxış - Sözləri zalı güldürdü
Son xəbərlərDaha çox