Azedu.az

Peşə təhsilində yeni bölgü: 5 ixtisas qrupu formalaşdırılır

Peşə təhsili

13 İyul 2026, 15:41
Peşə təhsilində yeni bölgü: 5 ixtisas qrupu formalaşdırılır

"Peşə ixtisaslarının təsnifatında 5 ixtisas qrupunun müəyyənləşdirilməsi təklif olunur".

AzEdu.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin sektor müdiri Səbinə Babayeva “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nın yenilənməsi məqsədilə keçirilən görüşdə çıxışı zamanı səsləndirib.

“Bəzi ixtisasların, məsələn, florist, qrafik dizayn və səhnə tərtibatı üzrə ixtisasların başqa qruplara keçirilməsi təklif olunmuşdu. Bu ixtisasların hansı istiqamətə aid olması ilə bağlı beynəlxalq təcrübə araşdırılıb. Bu prosesdə müəssisələrimizin də iştirak etdiyi WorldSkills yarışmasının təcrübəsi də nəzərə alınıb. Həmin təcrübəyə əsasən, bu ixtisaslar məzmun baxımından xidmət və ya texniki-texnoloji istiqamətlərə yaxın olsa da, daha çox yaradıcı sənayenin (creative industry) bir hissəsi hesab olunur. Buna görə həmin təkliflər layihədə əksini tapmayıb.

Əgər ali təhsil pilləsində, bakalavriat və magistratura səviyyəsində analoji ixtisaslar üzrə hazırlıq aparılırsa, həmin istiqamətin peşə təhsilinin hər hansı səviyyəsində də tətbiqi əmək bazarında müəyyən uyğunsuzluq və anlaşılmazlıq yarada bilər.

Məsələn, balıq və balıq məhsullarının emalı üzrə mütəxəssis ixtisası ilə bağlı təklif daxil olmuşdu. Lakin bu istiqamət artıq ali təhsil pilləsində tədris olunur.

Eyni zamanda data analitika, bulud hesablamaları və süni intellektlə bağlı ixtisasların peşə təhsili səviyyəsində daxil edilməsi ilə bağlı təkliflər də olub. Bu istiqamətlər bakalavriat və magistratura səviyyəsində həm ixtisas, həm də ixtisaslaşma kimi tədris olunur.

Rəqəmsal peşə təhsili ilə ali təhsil arasında peşə xəritələnməsinin sərhədləri tam müəyyənləşdirilmədiyi üçün bu mərhələdə həmin ixtisasların təsnifata daxil edilməməsi daha məqsədəuyğun hesab olunub.

Məsələn, müasir fermaların operatoru ixtisası ilə bağlı beynəlxalq təcrübəyə baxılıb. Müəyyən olunub ki, bu istiqamət daha çox avtomatik idarəetmə sistemləri ilə bağlı ixtisasların daxilində inteqrasiya oluna bilər. Çünki təhsil proqramının 70 faizindən artıq hissəsi avtomatika, mexanika və robototexnika ilə bağlıdır".

Prezidentən Şuşada Rusiyanı dəli edən MESAJ - Ukrayna dayanmamalıdır!
Son xəbərlərDaha çox