Azedu.az

Yeni ixtisas açmaq üçün regionun ehtiyacları nəzərə alınmalıdır

Peşə təhsili

13 İyul 2026, 16:02
Yeni ixtisas açmaq üçün regionun ehtiyacları nəzərə alınmalıdır

"Peşə təhsili üzrə ixtisasların yeni təsnifatının hazırlanması qarşıdakı dövrdə hansı sahələr üzrə mütəxəssis hazırlayacağımızı və peşə təhsili müəssisələrinin hansı istiqamətlər üzrə inkişaf edəcəyini müəyyənləşdirəcək”.

AzEdu.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı media nümayəndələrinin sualını cavablayan zaman səsləndirib.

"Əsas məqsədimiz ondan ibarətdir ki, qarşıdakı dövrdə hansı sahələr və istiqamətlər üzrə mütəxəssis hazırlayacağımızı, peşə təhsili müəssisələrinin hansı istiqamətlərdə inkişaf edəcəyini, eyni zamanda təhsil ilə əmək bazarı arasında əlaqələrin necə qurulacağını müəyyənləşdirək.

Əsas məsələlərdən biri yeni ixtisaslar üzrə istehsalat təlimi ustalarının və müəllimlərin hazırlığı, tədris proqramlarının yenilənməsi, laboratoriya və emalatxana bazasının mövcudluğu, eləcə də tələbələrin təcrübə keçəcəyi işəgötürənlərin müəyyən edilməsidir.

Regionların iqtisadi xüsusiyyətləri nəzərə alınmalı, eyni zamanda kadr potensialı və işəgötürənlərlə münasibətlər ətraflı öyrənildikdən sonra həmin ixtisaslar üzrə kadr hazırlığına başlanılmalıdır”.

Prezidentdən Rusiya barədə gözlənilməz çıxış - Sözləri zalı güldürdü
Son xəbərlərDaha çox