Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-07 17:31:00
Asılılığın kökündə nə dayanır? - Mütəxəssis ARAŞDIRMASI

Kanadalı həkim doktor Gabor Mate, asılılığın müalicəsini yenidən nəzərdən keçirib.

Asılılıq mütəxəssisi G.Mate və bestseller müəllif, Şimali Amerikanın ən çox narkotik istifadə edildiyi Vankoverin mərkəzi hissəsində narkotik asılılığı olan xəstələrlə psixoloji sağlamlıq sahəsində gördüyü işlərlə məşhurdur.

AzEdu.az Lent.az-a istinadən xəbər verir ki, o, 2018-ci ildə gördüyü işə görə ölkəsində ən yüksək mükafat sayılan "Kanada" ordeni ilə təltif olunub.

Onun qənaətincə, istənilən asılılığın kökündə travma durur, amma "travmanı tanımağı barcamaq lazımdır".

Doktor Mate problemin başa düşülməməsinin beş səbəbinin olduğunu deyir:

"Ünsiyyətin az olması, təcridolunma, stress və emosional ağrı alkoqolizmə səbəb ola bilər. Asılılığa nəyin səbəb olduğunu bilmək üçün asılılığın faydalarına baxılmalıdır: bu sizə nə verir? İnsanlar adətən deyirlər: "Bu, məndə ağrını azaldır, stressdən qurtarır, mehribançılıq, nəzarətetmə, məna və həyat, yaşamaq hisslərini oyadır".

Başqa sözlə, asılılıq, insanın başqa yolla əldə edə bilmədiyi bəzi vacib ehtiyaclarını qarşılayır.
Bu cür halların hamısı - münasibətlərin qıtlığı və ya təcrid olunma və ya həyatınızda çox stress keçirməyiniz - emosional ağrı növləridir.

Odur ki sual "Asılılığı yaradan nədir?" şəklində yox, "Ağrını yaradan nədir?" şəklində qoyulmalıdır.
Asılılığı olanları nəzərdən keçirəndə aşkar edilir ki, uşaqlıqda keçirilən sıxıntılar nə qədər çox olursa, asılılığın yaranma riski də o qədər böyük olur.

Beləliklə, asılılıq həmişə travma və uşaqlıqda baş verən sıxıntılarla bağlı olur - bu, hər bir travma almış şəxsin asılılığının olacağı demək deyil, amma hər bir asılılığı olanın travma aldığını bildirir.

Narkotik asılılığının müalicəsi sərtlik, cəza tədbirləri və təcrid edilməkdən daha çox böyük şəfqət, yardım və mərhəmət tələb edir.

Əksər müalicə metodlarının tam uğursuzluğu fonunda gözləyirsən ki, sanki yuxudan ayılıb özümüzə sual verəcəyik: "Doğrudanmı bu cür halın səbəbini başa düşürük?"

Ancaq tibb dünyasında bu, çox vaxt baş vermir.

Biz bunun əsl təbiətinə insanın çəkdiyi əzaba reaksiya olması kimi baxmırıq.

Biz insanlara travmalarının öhdəsindən gəlməyə kömək etmirik. ABŞ-da tibbi təhsil alan tələbəyə emosional travma mövzusunda heç bir mühazirə oxunmur.

"Niyə bu gündəsən?" sualını verməkdənsə, "Sənə nə olub?" sualı verilməlidir.

Bütün hüquq sistemi insanın bilərəkdən narkomanlığı seçdiyi fikrinə əsaslanır, buna görə də başqalarının belə seçim etməsinə yol verməmək üçün onlar cəzalandırılır.

Heç kim səhər yuxudan oyanıb demir: "Arzum narkoman olmaqdır".

Narkomanlıq seçim deyil, emosional ağrıya cavabdır. Heç kim ağrı içində olmağı seçmir. Narkotik asılılığı genetik deyil.

Narkotik asılılığının ən böyük miflərindən biri də onun nəsillikcə keçməsidir.

Bəli, ailələrdə bu, baş verir. Amma aillərdə bunun baş verməsinin səbəbi nədir?

Əgər mən alkoqol düşkünüyəmsə və uşaqlarımın üstünə qışqırıb bağırıramsa, onlar isə böyüyüb özlərinə təsəllini alkoqolda tapırlarsa, bu vərdişin onlara genetik yolla keçdiyini demək olarmı?

Yoxsa bunun səbəbi böyüdüyüm eyni şəraiti yenidən yaratmağımdadır?

Odur ki, ailələrdə özünü göstərən bu halın genetik səbəblərlə heç bir əlaqəsi yoxdur.

Misal üçün meyil ola bilər, ancaq meyil əvvəlcədən nəyinsə mütləq olacağı demək deyil - bu, insanın mütləq narkoman olacağı demək deyil.

Nakomanlıq mədəniyyətimiz vasitəsiylə geniş və əhatəli şəkildə yayılır, doktor Mate hesab edir
digər bir mif, narkomanlığın cəmiyyətdə yalnız bir və ya bir neçə istifadəçiylə məhdudlaşması barədə təsəvvürdür: "Mədəniyyətimiz vasitəsiylə bu asılılıq geniş və əhatəli şəkildə yayılır.

Cəmiyyətə demək olar ki, bütün səviyyələrdə baxdığımda narkomanlığın yayıldığını və bu asılılığı qidalandıran bütöv bir iqtisadiyyat görürəm".

"Sizin (praktik olaraq hər şeydən) hətta klassik musiqidən də asılılığınız ola bilər. Günlərin bir günü kompakt disklərə 8000 dollar xərclədim", - doktor Mate etiraf edir:

"Məncə, asılılıq insana müvəqqəti ləzzəti və rahatlıq verən və bu səbəbdən bunu təkrar etmək istədiyi hər bir hərəkətdə özünü göstərir, lakin mənfi nəticələrə baxmayaraq və mənfi nəticələr səbəbindən bundan imtina edə bilmir".

Mate hesab edir ki, bu, narkotik, tütün, spirtli içki asılılığı ola bilər. Asılılıq seks, qumar, al-ver, iş, siyasi hakimiyyət, internet oyunları ilə də bağlı ola bilər:

"Demək olar ki, hər hansı bir fəaliyyət, münasibətinizdən asılı olaraq asılılıq yarada bilər. Bu cür həvəs uzunmüddətli mənfi nəticə verdiyi və ondan imtina etmək çətin olduğu halda asılılığa çevrilir. İki əsas asılılığım var. Onlardan biri işdir ki, bu da iş vasitəsilə uğur və özündən razılıq hissi əldə etmək üçün özümün və ailəmin ehtiyaclarını nəzərə almamaq deməkdir.
İşə bağlılıq, kifayət qədər yaxşı olmadığımı, özümü sübut etməli olduğumu, həmçinin sevilmədiyim və istənilmədiyim barədə şüuraltı bir inancın dərin bir kök buraxmasını göstərir".

Doktorun sözlərinə görə, fədakar bir əməksevər olduğunuz üçün həyat sizi sonradan mükafatlandırır:

"Şoppinqə, klassik musiqi CD-lərin alınmasına da bir asılılıq hissi duyuram. Günlərin bir günü kompakt disklərə 8000 dollar xərcləmişdim.

Bunu sevdiyim musiqiyə görə yox, şoppinq asılılığım olduğu üçün etmişdim.

Müəyyən bir bəstəkarın simfoniyalarının neçə dəst disklərinin məndə olduğunun fərqi yox idi, mən birini, sonra daha birini almalı idim.

Şoppinq ehtirası məni elə alıb getmişdi ki, bir dəfə hətta doğuş ərəfəsində olan qadın xəstələrimdən birini palatada qoyub bir kompakt disk almaq üçün şəhərin mərkəzinə yollandım və doğuş anını buraxdım. Həmin asılılıq mənə bu cür təsir etmişdi.

İndi deyəcəyim isə sizi güldürə bilər - öz asılılığınızı xəstələrinizin heroin asılılığı ilə necə müqayisə edə bilərsiniz?

Lakin özümün bu asılılığı barədə xəstələrimə danışanda onlar gülmədilər. Onlar başlarını yelləyib dedilər: "Bəli doktor, sizi başa düşürük, sən də bizim kimisən".

Məsələ burasındadır ki, hamımız başqalarımız kimiyik. İş orasındadır ki, biz hamımız bir-birimizə bənziyirik".