Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-18 09:45:00
Yarımştatla işləyənlərin nəzərinə - Yaxınlıqdakı başqa məktəblərdə nə qədər dərs aparmaq olar?  

Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti rayonlardan olan namizədlər üçün müsahibə mərhələsi bir sıra rayonlarda başa çatıb.

Bu mərhələdə Sabirabad, Masallı, Qobustan, Göyçay, Şəki və İsmayıllı rayonları üzrə direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində müvafiq keçid balını toplamış 85 namizəd iştirak edib.

AzEdu.az növbəti günlərdə müsahibədə iştirak edəcək namizədlərə kömək məqsədilə proses zamanı verilə biləcək suallara cavabı təqdim edir.

Sual:

0,5 ştat üzrə vəzifə maaşı alan rəhbər işçilər yaxınlıqdakı təhsil müəssisəsində ixtisasları üzrə nə qədər dərs apara bilərlər?

Cavab:

AzEdu.az xəbər verir ki, bu məsələlər Əmək Qanunvericiliyində öz əksini tapıb. Qanunvericiliyə əsasən, 0.5 ştat üzrə vəzifə maaşı alanlar tabe olduqları yuxarı təşkilatın razılığı ilə yaxınlıqdakı təhsil müəssisəsində ixtisasları üzrə həftədə 12 saata qədər dərs apara bilərlər.

Qeyd edək ki, sözügedən rayonlar üzrə müsahibələr sentyabrın 21-dək davam edib.

Müsahibə nəticələri və növbəti müsahibələrin keçiriləcəyi tarixlər barədə isə namizədlərə məlumat veriləcək.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları