Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-04 10:26:26
Kurikulum əsasında keçiriləcək sınağın qiymətləndirmə meyarı - AÇIQLANDI  

Xəbər verdiyimiz kimi, 2018-ci il mayın 6-da yeni təhsil proqramları (kurikulumlar) əsasında 10-cu sinif şagirdləri üçün 5–10-cu siniflər (10-cu sinif birinci yarımilədək) üzrə məzmun standartlarının reallaşması səviyyəsinin yoxlanılması məqsədilə sınaq imtahanı keçiriləcək.

Bu, kurikulum əsasında keçirilən ilk imtahan olduğundan sualların qiymətləndirmə meyarları da fərqlidir.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, şagirdlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur.

Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddətdir istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır. 1-27, 31-57 və 61-87-ci tapşırıqlar 0 və ya 1 balla, 28-30, 58-60 və 88-90-cı tapşırıqlar isə 0,1 və ya 2 balla qiymətləndirilir.

Qeyd edək ki, imtahan binalarına buraxılış yalnız şagirdlərin şəxsiyyət vəsiqəsinin əsli və "İmtahana buraxılış vərəqəsi" əsasında həyata keçirilir. 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları