Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-02 12:26:42
“Alimlərin işə normal gəlməsi üçün bu addım atılıb” – Akademiklərin “turniket razılığı”

“AMEA-nın əsas binası və institutlarda elektron giriş-çıxış –turniket sistemi təbii ki, nizam-intizama görə vacibdir, ancaq alimlərə heç bir məhdudiyyət qoyulmur”.

Bu sözləri AzEdu.az-a açıqlamasında AMEA-nın Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev deyib.
 
Onun sözlərinə görə, alimlər müəyyən zamanlarda hər hansı redaksiyaya, kitabxanaya, işlə əlaqədar başqa bir təşkilata gedə bilərlər:
 
“Onun üçün xüsusi buraxılışlar var. Alimin işlədiyi şöbə müdiri, müdiriyyət qol çəkir ki, bu alim filan vaxt hardasa olacaq. Ya işin tam günü, ya da müəyyən saatı. Onlar hamısı tənzimlənir. Bu o demək deyil ki, onlar qəfəsə daxil olur və çıxa bilmirlər. Məsuliyyəti artırır, insanın işə yanaşmasını dəyişir. Hər şey nizam-intizamla əlaqəlidir. Bu, alimlərin sərbəst fəaliyyətinə heç bir məhdudiyyət qoymur. Lazım olan, tələb olunan yerə gedə bilirlər”.

Məsələylə bağlı danışan Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov bu giriş sisteminin çoxdan tətbiq olunduğunu bildirib:
 
“Bu nizam - intizama görə nəzərdə tutulub. İşçilərin vaxtında gəlib, getməsi məqsədilədir. Onların kitabxanada işləməyi, yaradıcılıq işi ilə məşğul olmağı, istənilən konfransa gedib-gəlməyinin heç kim qarşısını almır. Hər şey öz qaydası ilə davam edir. Normal nizam - intizam olsun deyə kart və digər sistemlərdən də istifadə olunur. Bu adi bir şeydir”.