Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-02 12:03:01
Bu, elmimizin böyük  uğurudur” – Oksforda üzv seçilən azərbaycanlı akademik

“Oksford  bilirsiniz ki, dünyada həm təhsil, həm də elm cəhətdən böyük mərkəzlərdən biridir. Ona görə birlik 30 ölkənin dəstəyi,  aparıcı alimləri tərəfindən təsis edilib. Oranın üzvü olaraq bir sıra layihələrə ekspert kimi cəlb oluna bilərəm”.

Bunu AzEdu.az-a açıqlamasında  AMEA-nın Ə. Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev deyib.

Akademik   Böyük Britaniyanın Oksford Akademik Birliyinə üzv seçilməsi ilə bağlı ətraflı danışıb, bunun Azərbayvan elminə olan faydalarından bəhs edib:

 “Bu, Azərbaycan elminə olan hörmətdir. Digər tərəfdən isə Azərbaycanın adı səsləndirilir. Yəni, elmi  birlikdə bu ölkədən də   alimlər var. Bunun Azərbaycan elminin dünya elminə inteqrasiyasında, qəbul olunub, təsdiqlənməsində rolu var.

Oksford  bilirsiniz ki, dünyada həm təhsil, həm də elm cəhətdən böyük mərkəzlərdən biridir. Ona görə birlik 30 ölkənin dəstəyi,  aparıcı alimləri tərəfindən təsis edilib. Oranın üzvü olaraq bir sıra layihələrə ekspert kimi cəlb oluna bilərəm.

Mənə atributlar verilib: sertifikat, üzvlük vəsiqəsi, döş nişanı və möhürdür. Birliyin üzvü kimi hər hansı məsələdə ekspert kimi çıxış etsəm, imzamla yanaşı, bu birliyin üzvlüyünü təsdiq edən  möhürüm də var. Bunlar rəsmi tərəfidir. Hər il forumlar keçirirlər. Müəyyən problemləri müzakirə edirlər. Təbii ki, məni də dəvət edəcəklər”.