https://www.zirve.edu.az/
09.07.2019 10:54
Hər iki qəbul imtahanında iştirak edənlər ixtisas seçiminə necə qatılacaqlar?  
Çap et

2019-cu ildə ali təhsil müəssisələrinə qəbul imtahanları başa çatıb.

Abituriyentlərin əksəriyyəti nəticələrini yaxşılaşdırmaq məqsədilə ikinci şansdan istifadə edərək yay qəbul imtahanlarına da qatılıb.

Bəs, hər iki qəbul imtahanında iştirak edən abituriyent ixtisas seçimi zamanı hansının nəticəsinə əsasən müsabiqəyə buraxılır?

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər ki, bu abituriyentin şəxsi seçimidir.

Həm yaz, həm də yay imtahanında iştirak etmiş abituriyent müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini özü müəyyən edir.

Xatırladaq ki, I-IV ixtisas qrupları üzrə ixtisas seçimi 24 iyul – 6 avqust tarixlərində aparılacaq.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları