https://www.zirve.edu.az/
07.07.2019 09:24
Bu şəxslər qəbul imtahanına buraxılmayacaqlar
Çap et

Bu gün 28 mindən çox abituriyent üçün II və III ixtisas qrupları üzrə yay qəbul imtahanları keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər ki, abituriyentlər tələb olunan sənədlərdən birini gətirmədikləri halda imtahana buraxılmayacaqlar.

Həmin sənədlərin siyahısını təqdim edirik:

- şəxsiyyəti təsdiq edən sənədin əsli;

- “İmtahana buraxılış vərəqəsi".

16 yaşı tamam olmamış (şəxsiyyət vəsiqəsində şəkli olmayan) abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilən arayışı da gətirməlidirlər (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).    

İmtahan bütün binalarda eyni vaxtda – saat 11.00-da başlayacaq. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10.45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.  Binaya buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Xatırladaq ki, imtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasından kənarlaşdırılacaqlar.