https://www.zirve.edu.az/
26.06.2019 15:30
Qəbul imtahanlarının cavabları gələn həftə açıqlanacaq - RƏSMİ
Çap et

İyunun 23-də  I və IV ixtisas qrupları üzrə keçirilən  yayqəbul imtahanlarının nəticələri gələn həftə elan olunacaq.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər.
 
Məlumatda qeyd olunur ki, cavabların gələn həftənin sonuna qədər açıqlanması nəzərdə tutulub.

Xatırladaq ki, II və III ixtisas qrupları üzrə yay qəbul imtahanları iyulun 7-də təşkil olunacaq.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları