Azedu.az

Ceyhun Bayramovun iştirakı ilə “Gələcəyə doğru” adlı məzun gecəsi keçirilib- FOTOLAR

Orta təhsil

15 İyun 2019, 17:40
Ceyhun Bayramovun iştirakı ilə “Gələcəyə doğru” adlı məzun gecəsi keçirilib- FOTOLAR

İyunun 15-də Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində “Gələcəyə doğru” adlı məzun gecəsi keçirilib. 

AzEdu.az-ın xəbərinə görə, tədbirdə Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Təhsil naziri Ceyhun Bayramov, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev və digər şəxslər iştirak ediblər.

Daha sonra tədbirdə bildirilib ki, təhsil sahəsində aparılan dövlət siyasəti ölkəmizin gələcəyi üçün müasir dünyagörüşə malik, yüksək intellektli gənclərin hazırlanmasına yönəldilib. 

Eyni zamanda, 2018-2019-cu tədris ilinin uğurları diqqətə çatdırılıb, qarşıda duran hədəflərdən danışılıb. 

Tədbir konsert və əyləncə proqramı ilə davam etdirilib.

Ermənistanda şok hazırlıq - Bu halda Azərbaycanla müharibə başlayır
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox