Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-23 16:04:03
Beynəlxalq Natiqlik Yarışmasının “qalibi” Adil Qafarlıdan təkzib: “İstəmirəm ki, məni belə tanısınlar”  

“Londonda keçirilən yarışmada dünyanın ən yaxşı natiqi seçilməmişəm. Sadəcə, fərqlənmə diplomuna layiq görülmüşəm. Saytlarda haqqımda yazılan xəbərlərdə yanlışlığa yol verilib”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Londonda 39-cu Beynəlxalq Natiqlik Yarışmasınınazərbaycanlı iştirakçısı Adil Qafarlı deyib. Onun sözlərinə görə,dünyanın ən yaxşı natiqi İspaniyadan seçilib:

“Xəbər başlıqlarının birində yanlış yazılıb deyə  məlumat da səhv anlaşılıb. İnsanların məni qazanmadığım uğura görə tanımasını istəmərəm.

Əvvəlcə Azərbaycanın ən yaxşı natiqi seçildim və Londona getməyə haqq qazandım. 53 ölkənin gəncləri ilə yarışdıq. Birinci yerə İspaniyadan olan gənc layiq görüldü. Mən isə fərqlənmə diplomu ilə təltif olundum”.

Adil yarışmada“Həqiqəti söyləyən yalanlar”adlı mövzu barədə çıxış edib:

“Uşaq vaxtı göyərçin və qarışqanın nağılını oxumuşdum. Onlar nağılda dost olurlar. Real həyatda belə bir şeyin mümkünsüzlüyünü görəndə ədəbiyyata olan marağımı itirdim. Bir müddət sonra nağılın  mənə yalan demədiyini, sadəcə fantaziyadan istifadə edilərək həqiqətlərinçatdırıldığınıanladım. Çıxışımda burdan keçid edərək bəzən yalan danışmağın heç də pis bir şey olmadığını insanlara söylədim.Cəmiyyətdə yalanlara qarşı qınaqla yanaşırlar. İnsanlar indiyə kimi yalan deyiblərsə, gələcəkdə də mütləq bunu edəcəklər”.

Xatırladaq ki, Londonda 39-cu dünyanın ən böyük natiqlik yarışması baş tutub.

Yarışmada 53 ölkədən olan ən yaxşı gənc natiqləri yarışıblar.

 “AzerbaijanPublicSpeakingCompetition: JuniorLeague” layihəsi 10 özəl və dövlət məktəbi və 11 universitetdən olan 108 gəncin iştirakı ilə baş tutub. Layihənin ən yaxşı gənc natiqi seçilən Adil layihənin növbəti mərhələsi olaraq Londonda keçirilən Beynəlxalq Natiqlik Yarışmasında iştirak edib. Adil “Liesthattellthetruth” başlığı ilə çıxış edib. Onun çıxışı auditoriya və jüri heyəti tərəfindən yüksək qiymətləndirilərək “TheBestImpromptuPreparedSpeech” fərqlənmə diplomuna layiq görülüb.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları