Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-17 10:17:54
Yaz qəbul imtahanları rəqəmlərin diliylə- Abituriyent sayı, aktiv və passiv qrup  

İxtisas blokları  üzrə yaz qəbul imtahanlarında ümumilikdə 67.595 abituriyentin iştirakı nəzərdə tutulub.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər.

Ən çox abituriyent I ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün ərizə ilə müraciət edib. Ən az ərizə isə IV ixtisas bloku üzrə təqdim olunub.

Beləliklə, 27.225 abituriyent I, 14.031 abituriyent II, 21.391 abituriyent III, 4948 abituriyent isə IVqrup üzrə qəbul imtahanlarında iştirak etmək üçün ərizə təqdim edib.

Xatırladaq ki, mayın 12-də I və IV ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib.

II və III qruplar üzrə yaz qəbul imtahanları isə mayın 19-da təşkil olunacaq.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları