https://www.zirve.edu.az/
14.04.2018 08:36
Sabahkı sınaq imtahanlarında iştirak edənlərin sayında kəskin azalma – 455 nəfər az
Çap et

 

Dövlət İmtahan Mərkəzi  I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün aprelin 15-də Respublikanın 18 şəhər və rayonunda sınaq imtahanları keçirəcək.

DİM-dən AzEdu.az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 23124 abituriyent qeydiyyatdan keçib.

Aprelin 1-də keçirilən ilk sınaq imtahanına isə 23579 nəfər qeydiyyatdan keçmişdi. Yəni, sabah keçirləcək sınaq  imtahanı üçün  qeydiyyatdan keçənlərin sayı, ilk sınaq imtahanına qeydiyyatdan keçənlərin sayından 455 nəfər azdır.

Qeyd edək ki, ilk sınaq sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 23579 abituriyentdən 256 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarına zidd hərəkətlərə yol verdikləri üçün 2 abituriyent imtahandan xaric olunub. 

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları