https://www.zirve.edu.az/
25.02.2019 15:21
"UniverMAYAK" layihəsi davam edir
Çap et

Fevralın 23-24-də “UniverMAYAK” layihəsi çərçivəsində növbəti təlimlər baş tutub. Təlimlər hazırda perspektivli ixtisaslar və İELTS imtahanı ilə bağlı olub.

AzEdu.az xəbər verir ki, təlimçi İnqilab Şahbazov hazırda Azərbaycanda ehtiyac olan kadr ehtiyatından danışıb. Öz tövsiyələrini verib. Bazar günü keçirilən təlimdə İ.Şahbazov İELTS imtahanına  necə hazırlaşmaq lazımdır, hansı metodların effektli olacağından söz açıb. Həmçinin o, öz təcrübəsini gənclərlə bölüşüb.

Sonda istirakçılar onları maraqlandıran sualları təlimçiyə ünvanlayıb. Sual doğuran məqamlar üzərində diskussiya aparılıb.

Qeyd edək ki, layihə Azəərbaycan Respublikası Gənclər Fondunun XI qrant müsabiqəsində qalib gəlib. Layihə rəhbəri jurnalist Əsmər Qardaşxanovadır.