Oktyabrın 11-də Təhsil Texnologiyaları Mərkəzində kimya fənni üzrə seçim imtahanı keçiriləcək.
Bu barədə AzEdu.az-a Təhsil İnstitutundan məlumat verilib.
Bildirilib ki, imtahanın nəticələrinə əsasən bu fənn üzrə növbəti hazırlıq və seçim mərhələlərinə cəlb olunacaq şagirdlər müəyyənləşdiriləcək.
İmtahanda 2025–2026-cı tədris ili üzrə Respublika Fənn Olimpiadasının (RFO) kimya fənni üzrə final turunda iştirak etmiş şagirdlər iştirak edə bilərlər.
Tarix: 11 oktyabr 2026-cı il
İmtahanın başlanma vaxtı: 10:00
Ünvan: Təhsil Texnologiyaları Mərkəzi, Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsi 109
İştirakçıların ən gec saat 09:30-da imtahan mərkəzində olmaları xahiş olunur.
Şagirdlər imtahana gələrkən özləri ilə şəxsiyyət vəsiqəsi və kalkulyator gətirməlidirlər.