Azedu.az

Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA

AzEdu Təhsil Platforması

6 Oktyabr 2026, 09:33
Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA

Azərbaycanda hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər bəzi şərq rayonlarında arabir yağış yağıb.

AzEdu.az xəbər verir ki, bu, Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 6-sı saat 9:00-a olan məlumatında qeyd edilib.

Düşən yağıntının miqdarı Astarada 7, Cəlilabad, Lənkəran, Lerikdə 5, Salyan, Neftçalada 2, Biləsuvar, Quba, Sabirabad, Zərdab, Hacıqabul, eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb.

TƏCİLİ! Türkiyə hərəkətə keçdi - Ordusu müharibəyə girir
Son xəbərlərDaha çox