Azedu.az

Fizika üzrə Nobel mükafatı laureatı məlum olub

AzEdu Təhsil Platforması

6 Oktyabr 2026, 13:56
Fizika üzrə Nobel mükafatı laureatı məlum olub

Fizika üzrə Nobel mükafatı laureatının adı məlum olub.

AzEdu.az xəbər verir ki, builki mükafatı Francis Halsen qazanıb.

O bu mükafata "IceCube" Neytrino Rəsədxanasına həlledici töhfələrinə və astrofizik mənşəli yüksək enerjili neytrinoların kəşfinə görə layiq görülüb.

Məlumat üçün bildirək ki, Francis Halsen 1944-cü ildə Belçikanın Brügge şəhərində anadan olub.

Fizik uzun illərdir, Viskonsin-Medison Universitetində hissəcik fizikası, astrofizika və kosmologiya üzrə fəaliyyət göstərir. F.Halsen Antarktidadakı "IceCube Neytrino" Rəsədxanasının yaradılmasında əsaslı rol oynayıb və hazırda layihənin baş tədqiqatçısıdır.

Adıçəkilən rəsədxana Antarktidanın Cənub qütbündə yerləşən nəhəng neytrino detektorudur. O, buzun təxminən 1,5–2,5 kilometr dərinliyində yerləşdirilmiş minlərlə optik sensor vasitəsilə kosmosdan gələn yüksək enerjili neytrinoları aşkar edir. Rəsədxananın əsas məqsədi kainatdakı yüksək enerjili hadisələri və kosmik şüaların mənbələrini öyrənməkdir.

Bakıya hücumlar artır - Türkiyə nəyi gözləyir?
Son xəbərlərDaha çox