Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-18 14:36:00
Qazaxıstanda təhsil almaq istəyənlər üçün əla şans-Sərfəli proqram

Qazaxıstanın Elm və Təhsil Nazirliyi 2019-2020-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edib.

AzEdu.az xəbər verir ki, bakalavriat və magistratura pillələri üzrə elan edilən təqaüd proqramının tədris dilləri qazax, rus və ya ingilis dilləridir.

Təhsil haqqı, tədris vəsaitləri, yataqxana, tibbi xidmət xərcləri, aylıq təqaüd Qazaxıstan tərəfindən qarşılanacaq. Azərbaycan vətəndaşlarının ildə bir dəfə gediş-gəliş xərcləri isə Azərbaycanın  Təhsil Nazirliyi tərəfindən ödəniləcək.

Qeyd edək ki, təqaüd proqramına müraciət edəcək iddiaçılar cari ilin aprelin 9-dək Azərbaycanın Təhsil Nazirliyinin elektron ərizə sisteminə (https://www.app.htp.edu.az) müraciət etməlidirlər. Elektron qeydiyyatı düzgün şəkildə tamamlayan, elanın ümumi tələblərinə cavab verən namizədlər fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət olunacaqlar.

Günel Yaşarqızı
Müəllifin digər yazıları