Azedu.az

Bərdədə enerji içkisindən VII sinif şagirdi öldü

Orta təhsil

26 Fevral 2019, 20:01
Bərdədə enerji içkisindən VII sinif şagirdi öldü

Bərdə rayonunda 13 yaşlı yeniyetmə enerji içkisindən ölüb. AzEdu.az  "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Dəymədağlı kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 2006-cı il təvəllüdlü Mirşamil Namiq oğlu Babayev enerji içkisi qəbul etdikdən sonra vəziyyəti pisləşib. O, Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yeniyetmə daha sonra Bakı şəhərindəki xəstəxanalardan birinə aparılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, M.Babayev VII sinif şagirdidir.

Türkiyədən Bakını "vuranlara" Fələstin şapalağı - Ərdoğan nə edəcək?
Son xəbərlərDaha çox